Azərbaycan erməni işğalçı qüvvələrinin cinayətkar əməllərinə görə ekoloji fəlakət təhlükəsi qarşısındadır. Bunlar sadəcə söz deyil, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, deputat Elxan Süleymanovun təkzibedilməz sübutlarla təsdiq olunmuş AŞPA Bürosuna Sərsəng su anbarının erməni işğalından azad edilməsi barədə sonuncu müraciətidir.
Sərsəng su anbarı 1992-ci ildən erməni silahlı qüvvələrinin nəzarəti zonasında yerləşdiyindən, cəbhəyanı rayonlar onun suyundan istifadə etməkdən məhrum olmuşlar. Müraciətdə deyilir ki işğalçı ölkə qış aylarında Sərsəng su anbarının suyunu axıtması nəticəsində torpağı su basır, yollar dağılır, yayda isə əhali və kənd təsərrüfatı suya ehtiyacı olan zaman onun qarşısını kəsir.
Müraciətə əsasən, assosiasiyanın məqsədi Azərbaycan və dünya ictimaiyyyətini Sərsəng su anbarının hazırki vəziyyəti, humanitar fəlakətin mümkünlüyü, ekoloji və bioloji böhran, həmçinin beynəlxalq təşkilatların müvafiq sənədlərin qəbul edilməsi, qəzanın və ekoloji böhranın aradan qaldırılmasına dair tədbirlər paketinin qəbul olunması barədə məlumatlandırmaqdır.
Bu böyük problemin detallarını ətraflı aydınlaşdırmaq üçün NewPostBaku redaksiyası Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyova müraciət etmişdir.
– Erməni işğalçı qüvvələrinin əməlləri nəticəsində geniş miqyaslı ekoloji falakətin baş verməsi nə qədər gerçəkdir?
– Mən çox zaman deyirəm, ki sualın belə quruşu düz deyil. Nə qədər gerçəkdir? O artıq başlanmışdır. Bunun kimi ekoloji fəlakətlər bir saat ərzində əmələ gəlmir. Bu zəlzələ və ya sunamı deyil ki… Çoxları, əfsus ki, fəlakətin miqyasının nəticələrini dərk etmir.
– Nə kimi nəticələr baş verə bilər?
– Əgər dəhşətli statiskaya baş vursaq, bizim hesablamalarımıza görə su anbarının daşması nəticəsində cəbhənin o və bu tərəfində yüz minlərlə insan məhv ola bilər. Daha dəqiq desək – 400 000 yaxın insan. Əsasən, Azərbaycanın cəbhə xəttində yaşayan vətəndaşları zərər çəkəcəklər.
– Amma qəsbkarlar, torpaqlarımıza müvəqqəti gəlsələr belə bunu anlamırlar?
– Onlar sözün əsil mənasında “Bizdən sonra nə olursa olsun!” prinsipinə əsaslanırlar.
– Avropa Şurası Sizin müraciətə düzgün reaksiya verəcəyinə ümidiniz var?
– Mən belə deyərdim, Avropa Şurasında, bir çox beynəlxalq təşkilatlarda ekoloji problemlərə fərqli yanaşma var. Biz bilirik ki, münaqişənin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşquldur, onların fəaliyyətinin nəticələri ilə tanışıq. Lakin süni su anbarları ilə bacarıqsız, cinayətkar davranışın ekoloji və humanitar fəlakətə gətirib çıxara bilməsi özlərini planetin ekoloji təmizliyi mübarizi kimi təqdim edən dünya təşkilatlarını hərəkətə gətirir.
– Bu özünü necə ifadə edir, konkret cavab olar?
– Ən azı ona görə ki, üç mindən artıq KİV, internet və ixtisaslaşdırılmış nəşrlər daxil olmaqla Sərsəng su anbarı ətrafındakı situasiya barədə məlumat dərc etmişlər. Onlar təbiətin landşaftını dəyişə biləcək qlobal fəlakətin mümkünlüyündən məlumat veriblər. Mən hələ insan tələfatından bir söz demirəm.
– Su anbarının daşqını nəticəsində hansı rayonlar ziyan çəkə bilər?
– Hər seydən əvvəl, ölkənin işğal olunmuş əraziləri daxil olmaqla şimal və mərkəzi rayonları. Konkret desək, Ağdam, Bərdə, Goranboy, Tərtər. İşğal zonasından kənardakı 7 rayon su altında qala bilər.
– İşğalçıların Sərsəng su anbarınıın suyundan istifadə etməsinin nəticəsi var?
– Onlar göz qabağındadır. Flora və Fauna dəyişir, torpaq yarasız vəziyyətə düşür. Kimsə deyə bilər ki, torpaq suyu sevir, amma lazım olan miqdarda. Bu gün baş verənlər ərazının bataqlığa çevirilməsinə aparır. Bir daha qeyd edim, əgər Allah eləməmiş, qaşqın baş versə bu dəhşətli nəticələrə gətirib çıxaracaq. Bunun məsuliyyəti özünü işğal olunmuş torpaqlarda müvəqqəti sahib kimi aparan ermənilərin üzərinə düşür.
bakupost.az