Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 26-da Avropa İttifaqı (Aİ) ölkələrinin İrəvanda akkreditə olunmuş səfirləri və Aİ-nin bu ölkədəki nümayəndə heyətinin rəhbəri, səfir Trayan Xristea ilə işgüzar nahar edib.
Ermənistan KİV-nə istinadən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi məlumata görə, S.Sarkisyan səfirlərlə Ermənistanın xarici siyasətindən danışıb və Ermənistan-Aİ əlaqələri və əməkdaşlığın inkişaf perspektivləri, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələlərinə, regional problemlər və çağırışlara toxunub.
O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərdən bəhs edib.
“KarabakhİNFO.com”