Azərbaycan snayperinin Kəlbəcər rayonu ərazisində, Murovdağda öldürdüyü erməni əsgəri Aram Qriqoryan ölümündən iki saat əvvəl telefonla həyat yoldaşı ilə söhbət edib.
ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan mətbuatına onun qohumu Knkuş Davtyan xəbər verib.
Onun sözlərinə görə, Aram Qriqoryan birinci Qarabağ müharibəsinin iştirakçısı olub, müxtəlif istiqamətlərdə vuruşub.
“Aramın yaxşı səsi var idi, o həmişə ifa edirdi – kənddə, mövqelərdə, yoldaşlarını ruhlandırırdı. Vətənpərvərlik mahnılarını çox sevirdi. Özü həmçinin şeirlər və mahnıları yazırdı”, – deyə qohumu danışıb.
Xatırladaq ki, Aram Qriqoryanın üç uşağı olub. O, avqustun 4-də Azərbaycan snayperinin atəşiylə öldürülüb. Onu Partizak Araqasotnskoy kəndində dəfn ediblər.
Qeyd edək ki, Aram Qriqoryan 1-ci Qarabağ müharibəsində ASALA-nın liderlərindən olan erməni cəlladı Monte Melkonyanla birlikdə döyüşüb.
“KarabakhİNFO.com”