Tanınmış fransız yazıçısı, daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanan Aleksandr Düma Bakıda qonaq olan zaman şəhərin idarəçilərindən olan Piqulevskinin evində Qarabağ xanlarından Mehdiqulu xanın qızı, şairə və ictimai xadim Xurşidbanu Natavanla və onun həyat yoldaşı Xasay Usmiyevlə tanış olur. Onlar arasında ilk gündən mehriban dostluq münasibəti yaranır.
Fransız qonaq Xan qızına şahmat oynamağı təklif edir və ilk görüşdə mat olur. Onlar arasında bir neçə gündə çoxlu oyun olur və hər iki dost ayrılanda ümumi hesab 56 -26 Xan qızının xeyrinə olur.
Rəssam Mehbalıyev Çingiz öz rəsmində görüşü belə təsvir edir.
“KarabakhİNFO.com”