Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına qatılıb.
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən verdiyi məlumata görə, İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası sayca 4-cü iclasdır.
Strateji əməkdaşlıq şurasının iclasında xüsusi ilə iki ölkədən birinə edilən hərbi təcavüzə qarşı o biri ölkənin müdaxilə etməsi müzakirə olunacaq.
Qeyd edək ki, görüşlərdə şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasinda əlaqələr və əməkdaşlığın inkişafı da müzakirə olunacaq. Görüşdə iki ölkəni maraqlandıran regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi də aparılacaq.
Prezidentlərin birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.
“KarabakhİNFO.com”