Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib gəlmiş layihələrdən biri də Virtual Qarabağ tarixi muzeyinin yaradılması layihəsidir. Artıq 2013-cü ilin oktyabr ayından Virtual muzeyin yaradılması işlərinə başlanılmışdır. Layihənin rəhbəri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynovdur.